Müəllim və həkimlərin maaşları artacaqmı?


Minimum əməkhaqqının artırılması ilə bağlı Prezident sərəncamından sonra əməkhaqqı siyasətilə bağlı daha bir qərar dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin tarif (vəzifə) maaşlarının ödənilməsinin yeni Vahid Tarif Cədvəlinin təsdiq edilməsi oldu. Bundan sonra isə bir sıra sahələr üzrə çalışanların əməkhaqlarının artıb-artmayacağı ilə bağlı suallar meydana çıxdı.


AFN.az xəbər verir ki, deputat Vüqar Bayramov daha çox müəllim və həkimlərin maaşları ilə bağlı sualların olduğunu deyib: "Qeyd etmək istərdim ki, Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqqlarında artımlar artıq reallaşdı. Səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqqları son artımlara aid olundu.
Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əmək haqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlar üzrə çalışan və əmək haqqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırıldı. Çünki heç bir sektorda minimum əmək haqqı məbləğindən az maaş verilə bilməz".
Deputatın sözlərinə görə, gözlənti ondan ibarətdir ki, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkündür. "Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir" - deyə V.Bayramov qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu