Qızılağac Milli Parkında çöl donuzu ovlayan şəxs saxlanılıb


Qızılağac Milli Parkının ərazisində çöl donuzu ovlayan şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AFN.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin və Qızılağac Milli Parkının əməkdaşlarının qeyri-qanuni ovçuluqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində birgə keçirdikləri növbəti tədbir zamanı Milli Parkın ərazisində çöl donuzu ovlayan Masallı rayon sakini Fuad Nəsrullayev saxlanılıb. Ondan qanunsuz olaraq ovladığı 2 ədəd çöl donuzu və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu