Vergi borcu olanlara ŞAD XƏBƏR
Artıq Azərbaycanda vergi borcu olanlar da hesab aça biləcəklər.
AFN.az xəbər verir ki, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırılıb. Vergi Məcəlləsinə edilən dəyişikliklərdə bu hal öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib.
Deputat Vüqar Bayramov bildirib ki, bu məhdudiyyətin aradan qaldırılması, bir tərəfdən, vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən, onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır: "Çünki bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər. Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan, bu dəyişiklik mütərəqqi addımdır".