Bəxtiyar Hacıyev həbsdə qaldı
Bakı Apellyasiya Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı verilən qərardan apellyasiya şikayətinə baxılıb.
Musavat.com xəbər verir ki, prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib. Məhkəmənin qərarı ilə şikayət təmin edilməyib.
Qeyd edək ki, yanvarın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 fevral 2023-cü il tarixinədək uzadılıb. Bundan əvvəl isə ötən il dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib, barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanıb və ona ittiham verilib.
Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev ittihamları qəbul etmir, saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 15 gündür aclıq aksiyası keçirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.