Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb


Daşkənddə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.


“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Görüşdə avtomobil, toxuculuq və ipək sənayesində layihələrin həyata keçirilməsi, eləcə də iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Qeyd edək ki, C.Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu