İxtisaslı həkimlərin maaşı minimum 1000 manatdır


“Azərbaycanda icbari tibbi sığort tətbiq ediləndən əhaliyə göstərilən tibbi xidmətlərin sayı artıb”.


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTS) Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimlinin sözlərinə görə, bunu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının timsalında izah etmək olar. Belə ki, adıçəkilən xəstəxanada icbari tibbi sığorta 2021-ci ildən tətbiq olunur. Həmin il xəstəxanaya 57599 xəstə müraciət etmişdisə, 2022-ci ildə 122 917 müraciət olub. Iki il ərzində ümumilikdə 335910 xəstə ambulator müalicə alıb. Bunların içərisində 52500 nəfərə stasionar xidmət göstərilib. Cəlilabad rayonunda iki il ərzində 4170 nəfər cərrahiyyə əməliyyatı keçirib.
Hikmət İbrahimli qeyd edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ixtisaslı həkimlərin maaşlarında 5 dəfə dəyişiklik edilib və bu gün 40-a yaxın ixtisas üzrə həkimlərimiz 1000 manatdan yuxarı əmək haqqı alır.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu