Çavuşoğlu: Xain hücumu qınayırıq, Can Azərbaycanın yanındayıq!


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.


AFN.az xəbər verir ki, bu barədə Çavuşoğlu sosial şəbəkə hesabında bildirib. Nazir Çavuşoğlu Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu qətiyyətlə pislədiyini və Türkiyənin hər zaman Can Azərbaycanın yanında olduğunu vurğulayıb.

Türkiyə XİN başçısı həyatını itirən səfirlik əməkdaşına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu