Səfirliklərimizin təhlükəsizliyi gücləndirilməlidir - Politoloq


Azərbaycanın İrandakı səfirliyinə ölümlə nəticələnən hücumdan sonra digər səfirliklərimizin təhlükəsizliyi məsələsi bir daha gündəmə gəlib.

AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu İranın səfirliklərə hücum və diplomatların öldürülməsi üzrə dünyanın “lider” dövlətlərindən olduğunu deyib. Onun sözlərinə görə, İrandakı fanatiklər yüz illər əvvəl Rusiya imperiyasının səfirini öldürməkdən tutmuş İslam inqilabı dövründə ABŞ səfirliyinə hücuma və diplomatların girov götürülməsinə qədər uzun yol qət ediblər: "Ancaq İranın sözdə dost və tərəfdaş adlandırdığıı müsəlman ölkəsinin Tehrandakı səfirliyinə hücumu xatırlamıram. Bunu da etdilər. Qatillər və onların arxasındakı güc və güclər tapılsa belə, son hadisə iki ölkə arasındakı münasibətlərdə əlavə gərginlik mənbəyi olaraq qalacaq".
E.Şahinoğlu qeyd edib ki, ötən ilin sentyabr ayında erməni fanatiklər Azərbaycanın Fransadakı səfirliyinə hücum edəndə və Londona dini fanatik qrup səfirliyimizi qısa müddətə ələ keçirəndə təhlükəsizlik məsələsini gündəmə gətirib: "Təklif etmişdim ki, həssas məqamı nəzərə alaraq münasibətlərimizin gərgin və soyuq olan dövlətlərdəki səfirliklərimizin təhlükəsizlik tədbirlərini artıraq. Buna indi də ethiyac var. İranda səfirliyimizə hücum edən qatilin başqa ölkələrdə ardıcılları tapıla bilər. Bu mərhələyə də hazır olmalıyıq. “ASALA” terrorçuları və bu qruplaşma ilə ittifaqda olanlar yenidən peyda olublar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu