Bu hadisə İranın ölkəmizə qarşı yeni təhdidi kimi qiymətləndirilməlidir - deputat


Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumu hər kəs pisləyir.


AFN.az-ın xəbərinə görə, deputat Vüqar Bayramov hadisənin terror olduğunu vurğulayıb və bunun İranın ölkəmizə qarşı yeni təhdidi kimi qiymətləndirilməli olduğunu deyib: "Adı terroru maliyyələşdirən ölkələr siyahısında olan İranda baş verən hadisə Vyana Konvensiyası daxil olmaqla beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması anlamına gəlir. Son illər Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə seçilən İranda baş verən bu hadisə bir daha təsdiq edir ki, Tehran bütün vasitələrdən istifadə edərək ölkəmizə qarşı təhdidi gücləndirməyə çalışır.
Azərbaycan istər cənubdan, istərsə də digər istiqamətlərdən gələcək təhdidlərə cavab vermək gücündədir. Bütün bunlarla yanaşı, bir müddət öncə Yerevan ilə qardaşlaşan Tehran şəhərində son hadisə “qırmızı xətti”in keçildiyini bir daha təsdiq edir.
Allahdan dünyasını dəyişən həmyerlimizə rəhmət, yaralanan səfirlik əməkdaşlarına şəfa diləyirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu