İran rejimi zəlzələdən zərər çəkmiş əhalini minimum şəraitlə təmin edə bilmir - VİDEO
İran rejimi Xoy şəhərində baş vermiş zəlzələdən zərər çəkmiş əhalini minimum şəraitlə təmin edə bilmir.
AFN.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. Bildirilir ki, şaxtalı havada çöldə qalan insanlara çadırlar catışmır. Qurulan çadırlarda da istilik sistemi yoxdur.
Güney Azərbaycanın zəlzələ baş vermiş bölgəsində insanların acınacaqlı vəziyəti hökm sürür.
Şaxtalı havada qazsız və elektriksiz çadırda gecələyən insanların fəryadını molla rejimi eşitmir.
7 yaşlı qızcığazın fəryadı isə ürək dağlayır. O, deyir ki, çadırda soyuqdan donur.