Cəlilabadda yol qəzasında iki qadın xəsarət alıb
![](/uploads/posts/2023-01/1675024548_qadnlar.jpg)
Ələt-Astara magistral avtomobil yolunun Cəlilabaddan keçən hissəsində avtomobil qəzasında iki qadın xəsarət alıb.
"Report"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində Bakı şəhər sakinləri, 1964-cü il təvəllüdlü G.İskəndərova və 1991-ci il təvəllüdlü Ş.İskəndərli xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.