Ermənistan Rusiyanı sanksiyalardan necə "qoruyur"?


Ermənistan özünü Qərbyönümlü göstərməyə çalışır. Bununla bağlı son aylarda xüsusilə fəallaşıb. Guya Rusiya ilə problemləri var, KTMT-dən çıxır və s. bu tipli fəaliyyətlə özünü Qərb ölkələrinin gözündə yaxşı göstərməyə çalışır. Ermənilər təbii ki, bununla dünyada yaranmış anti-Rusiya koalisiyasından yararlanmaq istəyirlər. Bəs əsl həqiqət necədir?


REAL-ın sədr müavini Natiq Cəfərli bildirib ki, əslində Paşinyan hökuməti dövründə Ermənistanın Rusiyadan iqtisadi və hərbi asılılığı kəskin artıb. 2022-ci ildə isə Qərb sanksiyalarından yan keçmək üçün Rusiyanın istifadə etdiyi əsas ölkələrdən biri Ermənistandır: "Rəqəmlər yalan danışmır, gəlin birlikdə rəqəmlərə baxaq:
- 2021-ci ildə Rusiya-Ermənistan ticarət dövriyyəsi 2,6 mlrd. dollar olub ki, Ermənistandan Rusiyaya cəmi 710 mln. dollarlıq mal-məhsul ixrac edilib,
- 2022-ci ildə, yəni, Rusiyaya qarşı sərt sanksiyaların tədbiqinə başlanan ildə isə Rusiya-Ermənistan ticarət dövriyyəsi 5 mlrd. dollara yaxın olub – yəni, bir ildə 2 dəfə yaxın artıb, Ermənistandan Rusiyaya ixrac 4 dəfəyə yaxın artaraq 2,5 mlrd. dollardan çox olub,
- 2022-ci ildə Rusiyadan Ermənistana pul köçürmələr 2021-ci ilə nisbətən 5 dəfəyə yaxın artaraq 4 mlrd. dollara yaxınlaşıb.
2022-ci ilin iqtisadi, maliyyə göstəriciləri, idxal-ixrac rəqəmləri qeyri-sağlam, qeyri-təbii artım göstərib – deməli, burada sanksiyalardan yan keçmə mexanizmləri işə düşüb. 2021-də Rusiyaya cəmi 700 mln. dollarlıq mal-məhsul ixrac edən Ermənistan, bir il sonra bu rəqəmi təbii yolla 4 dəfəyə yaxın artıra bilməz. Əslində baş verən budur ki, Rusiya bazarında birbaşa iştiraka qadağası olan şirkətlər öz mallarını Ermənistan vasitəsi ilə satırlar, ona görə də Ermənsitandan Rusiyaya, məsələn, eloktrotexnika mallarının ixracı bir ildə 10 dəfəyə yaxın artıb və ya bahalı və yeni avtomobillərə ehtiyat hissəslərinin Ermənsitandan Rusiyaya ixracı 1200% artıb – bütün bunlar Ermənistanın Qərb sanksiyalarından yayınmasında Rusiyaya göstərdiyi qardaşlıq yardımının nəticəsidir. Ona görə də publikaya oynamaq üçün üzdə söz güləşdirməklərinə, bir-birlərini tənqid etməklərinə baxmayın – Rusiya və Ermənistan birliyi, qardaşlığı əbədidir, dönməzdir və ancaq Rusiya zəiflədiyi, Ukraynada məğlub olduğu zaman bitə bilər. Post-sovet Respublikalarından (Belarusdan başqa) Rusiyanın Ukraynaya təcavüzünü mitinqlərlə, yürüşlərlə, sanksiyalardan yan keçməkdə kömək etməklə açıq şəkildə dəstəkləyən ölkə məhz Ermənistandır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu