Bakıda keçmiş məhkum “Makarov” markalı tapança ilə saxlanılıb


Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Abdulov tutularaq polis bölməsinə gətirilib.


DİN-dən AFN.az-a verilən məlumata görə, onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 3 ədəd patron və daraq aşkar olunaraq götürülüb. Fuad Abdulov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək üzərində gəzdirdiyini bildirib.

9-ci polis bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu