Əvvəl minimum əməkhaqqı ilə 1000 gediş edə bilərdik, indi 862 - susmayın, cənablar!


Minimum əmək haqqının 15% artmasından sonra bunu təbliğat vasitəsinə çevirənlər indi nədənsə susublar.


Xəbər verildiyi kimi, bu gün Tarif Şurasının qərarı ilə ictimai nəqliyyatda gedişhaqları artırılıb. Qurumun bu gün təsdiq etdiyi qərarla Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik olacaq. Əvvəlki qiymətindən 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub. Qeyd edək ki, əvvəlki tarif 2,4 qəpik idi.

Ümumi götürəndə ictimai nəqliyyatda gediş haqlarında 33%-lik artım qərarı verilib. Yuxarıda da qeyd etdiyimiz kimi, yanvarın əvvəlində minimum əməkhaqqı 15 faiz artırılmışdı. Hesablamalar göstərir ki, tək bu xidmətə münasibətdə minimum əməkhaqqının alıcılıq qabiliyyəti 14% "əriyib". Rəqəmlər göstərir ki, əvvəlki minimum əməkhaqqı və gediş haqqı ilə ictimai nəqliyyatdan 1000 dəfə istifadə edə bilirdik. Artımlardan sonra isə bu rəqəm 862-yə düşüb. Beləliklə, bundan sonra dövlətdən ayrılan subsidiyalar azmış kimi, vətəndaşlardan da daşıyıcı şirkətlərə (oxu: onlara himayəçilik edən məmurlara-red.) "pay" çatacaq.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu