"At kimi aşiq oldum" dedi, görün kimlə sevgilidir - FOTOLAR
Türkiyənin tanınmış müğənnisi İrəm Dərici bir müddət əvvəl sosial şəbəkələrdə yazdığı "at kimi aşiq oldum" ifadəsilə gündəm oldu.
Müğənni həmin paylaşımında kimə aşiq olduğu bildirilməsə də, Dəricinin “Survivor”un keçmiş iştirakçısı Atakan Işıktutanla münasibətdə olduğu üzə çıxıb. İkilinin münasibətini onun sosial media hesablarında etdiyi paylaşımlar ələ verib.
İrəm Dərici özəl həyatı və açıqlamaları ilə tez-tez tabloidlərin gündəminə gəlir. Ötən günlərdə etdiyi paylaşımda "At kimi aşiqəm amma superəm" etirafı edən Dəricinin yeni eşqinin kimliyini jurnalist Hakan Kanburoğlu açıqlayıb. Onun sözlərinə görə, 35 yaşlı İrəm özündən 6 yaş kiçik olan keçmiş Survivor iştirakçısı Atakan Işıktutanla eşq yaşayır.
İkilinin münasibəti İnstaqram hesablarındakı paylaşım üzündən ifşa edilib. Belə ki, Işıktutan və Dərici hesablarından eyni səhər yeməyi süfrəsinin fotosunu paylaşaraq birlikdə olduqlarını açıqlayıblar.
Digər tərəfdən, Dəricinin yeni sevgilisinin keçmiş sevgilisi Cem Belevinin yaxın dostu olduğu da üzə çıxıb. Dərici ilə münasibətləri xəyanət üzündən bitən Belevi və Işıktutan ötən gün birlikdə "Qalatasaray" matçına baxmağa gediblər.