Azərbaycan qazını Serbiyaya çatdıracaq kəmərin tikintisinə başlanıb


Bu gün Bolqarıstanda bu ölkənin qazpaylayıcı sistemini Serbiya ilə birləşdirən kəmərin tikintisinə başlanıb. Bu münasibətlə keçirilən tədbirdə Bolqarıstan və Serbiya prezidentləri Rumen Radev və Aleksandr Vuçiç iştirak ediblər.


Musavat.com xəbər verir ki, Bolqarıstan prezidenti mərasimdəki çıxışında bildirib ki, tikilməsinə başlanan interkonnektor sadəcə infrastruktur layihəsi olmayıb, regionun gələcək inkişaf potensialının simvoludur: “Bu interkonnektor Serbiya və Bolqarıstan üçün daha geniş qaz bazarına çıxış imkanı yaradan böyük uğurdur”.

Ümumi uzunluğu 170 km olacaq interkonnektorun 62 km-i Bolqarıstan ərazisinə düşür. O, bu ilin oktyabrında istismara hazır olacaq. Gücü 1,8 milyard kubmetr təşkil edən interkorrektorla reveras rejimdə də qaz nəqli mümkün olacaq.

Qeyd edək ki, Serbiya Azərbaycan qazını, həmçinin Yunanıstan terminallarından maye qazı Bolqarıstan üzərindən almaq niyyətindədir. Bolqarıstanın Azərbaycan qazını Avropaya daşıyan TAP kəmərindən qaz almaq imkanı Yunanıstandan çəkilən və 2022-ci ilin oktyabrında istismarına başlanan İGB interkonnektoru vasitəsilə genişlənib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu