ETSN "Bakı KOB evi"ndə 9 istiqamət üzrə fəaliyyət göstərir


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Bakı KOB evi”ndə sahibkarlara 9 istiqamət üzrə xidmət göstərilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, bunlar aşağıdalılardır:

• Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi;
• dövlət ekoloji ekspertizasından keçirilməli olan obyektlər barədə ekspert rəyinin verilməsi;
• atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə verilməsi;
• balıqovlama biletinin verilməsi;
• zooloji kolleksiyaların yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, belə kolleksiyaların Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə verilməsi;
• kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat) verilməsi;
• yaşıllığın götürülməsi vərəqinin verilməsi;
• yerin təkindən faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə müəyyən sahələrə “Dağ-mədən ayırması” statusunun verilməsi;
• geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi.

Sahibkarlar bu xidmətlər üçün ETSN-in “Bakı KOB evi”ndə xidmət göstərən mütəxəssislərinə müraciət edə bilərlər. Sözügedən xidmətlərin ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən KOB evlərində də həyata keçirilməsi planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu