Ramin Bayramlı uzun müddət sonra üzə çıxdı - FOTOLAR
TƏBİB-in İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlı uzun müddət sonra ilk dəfə ictimai tədbirdə görünüb.
AFN.az-ın Axşam.az-a istinadən məlumatına görə, Ramin Bayramlı hazırda fəaliyyətinə Azərbaycan Tibb Universitetinin (ATU) Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində davam edir. O, yanvarın 27-də ATU-nun professoru Arif Əfəndiyevin 80 illik yubileyi münasibətilə keçirilən konfransda iştirak edib.
Eyni zamanda tədbirdə yubilyara Ramin Bayramlı tərəfindən hədiyyə təqdim olunub.
Xatırladaq ki, R.Bayramlı 2021-ci ilin sentyabrın 12-də öz ərizəsi ilə TƏBİB-in sədri vəzifəsindən azad olunub. Bu, həmin tarixdən sonra R.Bayramlının mediada yayımlanan ilk fotolarıdır.