Rusiya qarşı onuncu sanksiyalar paketi: 10 milyard avroluq məhdudiyyətlər
Avropa İttifaqının Rusiya Federasiyasına qarşı onuncu sanksiyalar paketi 10 milyard avroluq məhdudiyyətləri nəzərdə tutur.
Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevdə keçirilən Aİ-Ukrayna sammitinin yekunlarına dair mətbuat konfransında deyib. Brüsselin fevralın 24-dək tətbiq etməyi planlaşdırdığı yeni sənəddə Aİ əvvəlki sanksiyalar paketlərində mövcud olan boşluqları aradan qaldıracaq. O, həmçinin Ukraynada xüsusi əməliyyatın başlanmasının ildönümü gününə - fevralın 24-nə qədər yeni sanksiyaların tətbiq ediləcəyini təsdiqləyib.
Fevralın 3-də Kiyevdə Avropa İttifaqı Şurasının, Avropa Komissiyasının sədrlərinin və Aİ diplomatiyasının rəhbərinin iştirakı ilə Aİ-Ukrayna sammiti keçirilib.