İstanbulda avtobus qəzasında yaralanan Azərbaycan vətəndaşı ölüb


Türkiyənin İstanbul şəhərinin Bağçalıevlər rayonunda marşrut avtobusunun dayanacaqda gözləyən sakinlərə, daha sonra isə mikroavtobusa çırpılması nəticəsində yaralanan Azərbaycan vətəndaşı Əhməd Rzayev həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.


“Report” İHA-ya istinadən xəbər verir ki, beləliklə, hadisədə ölənlərin sayı 2-yə yüksəlib, yaralıların sayı isə 4 olub.

Xatırladaq ki, hadisə ötən gün baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu