Suriyada zəlzələdən ölənlərin sayı 1500-ə çatır


Suriyada zəlzələ nəticəsində ən azı 1400 nəfər ölüb, 3500-ə yaxın insan yaralanıb.


“Reuters”in məlumatına görə, təbii fəlakət nəticəsində minlərlə ev dağılıb, onlarla şəhər zərər çəkib. Hazırda xilasetmə işləri aparılır.
Zəlzələ daha çox Bəşər Əsəd hakimiyyətini nəzarəti altında olmayan ərazilərdə baş verib. Suriyanın şimalına əsasən Türkiyə nəzarət edir. Lakin Türkiyənin özündə silsilə zəlzələlər və dağlntılar baş verdiyindən rəsmi Ankaranın diqqəti daha çox bu problemin həllinə yönəlib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu