Süleyman Soylu Azərbaycana təşəkkür edib


Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib.


AFN.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, nazir "Türkiyədə baş vermiş hər bir təbii fəlakətdən sonra qardaş Azərbaycan Türkiyəyə yardım göstərib" - deyə bildirib: "Meşə yanğınlarında da qardaş Azərbaycanın dəstəyi xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Bu dəstək bizi rahatladır. Harayımıza ilk gələn ölkə Azərbaycan oldu. Hazırda da azərbaycanlı xilasedicilər çox əhəmiyyətli bir yerdə axtarış-xilasetmə işlərini davam etdirirlər. Çox sağ olun".

Türkiyənin Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə ard-arda baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycandan qardaş Türkiyəyə böyük heyət göndərilib. 420 nəfərlik xilasedici və 52 nəfərlik tibb heyətdən əlavə, hazırda Azərbaycan xalqı təbii fəlakətdən əziyyət çəkənlərə yardım kampaniyasına başlayıb. Yüzlərlə insan hadisə yerinə gedərək xilasetmə əməliyyatlarında iştirak etmək üçün müraciət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu