Milyonlarla insan daşqın riski altındadır - ARAŞDIRMA
Buzlaqların əriməsi və böyük miqdarda suyun yaxınlıqdakı göllərə yönəlməsi nəticəsində dünyada 15 milyon insan qəfil və ölümcül daşqın təhlükəsi ilə üzləşə bilər.
AFN.az xəbər verir ki, bununla bağlı "Nature Communications" jurnalında araşdırma dərc edilib. Fəlakətin kölgəsində yaşayanların yarıdan çoxu yalnız dörd ölkənin vətəndaşlarıdır: Hindistan, Pakistan, Peru və Çin. Tədqiqat tarixdə və son dövrlərdə 150-dən çox buzlaq daşqınlarının kataloqlarını təqdim edib. Bu, amerikalıların və avropalıların nadir hallarda düşündüyü bir təhlükədir. Lakin araşdırma 1 milyon insanın potensial qeyri-sabit buzlaqlarla qidalanan göllərin cəmi 10 kilometrliyində yaşadığını təxmin edir.
Eyni səbəbdən qeydə alınan ən dağıdıcı daşqınlardan biri 1941-ci ildə Peruda baş verib. Həmin vaxt təbii fəlakət 6000 minə yaxın insanın ölümünə səbəb olub. 2020-ci ildə Kanadanın British Columbia bölgəsindəki buzlaq gölünün daşması təxminən 100 metr hündürlüyündə sunamiyə səbəb olub, lakin heç kim xəsarət almayıb. "İqlim dəyişikliyi ilə buzlaqlar əriyir, buna görə də bu göllər böyüyür və potensial olaraq daha qeyri-sabit olur" - deyə tədqiqatçı alimlər bildiriblər.