Suriyada zəlzələ qurbanlarının sayı 2500-ü ötdü
Suriyada fevralın 6-da baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2500-ü ötüb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, indiyədək qeydə alınan təbii fəlakət qurbanlarının dəqiq sayı 2530 nəfərdir.
Zəlzələdə yaralananların sayı isə 4654 nəfərə çatıb.