Azərbaycanda influenza virusu yayılıb - RƏSMİ


Qış ayları hava-damcı yolu ilə yayılan virus infeksiyalarının yayılması üçün münbit şəraitdir.


AFN.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qurumun sosial şəbəkə hesabında canlı yayımda bildirib. Onun sözlərinə görə, insanların soyuq havalarda qapalı məkanlara daha çox toplaşması səbəbindən xəstələnmə hallarının artması normaldır: "Çünki soyuq havada insan orqanizminin immuniteti aşağı düşür”.

T.Eyvazov bildirib ki, hər il payız-qış mövsümündə qrip virusu aktivləşir: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da influenza virusu yayılıb. Onunla yanaşı, digər viruslar da aktivləşib. Qrip virusu isə ağır fəsadlara səbəb olur. Virusun ilk günlərində qoruyucu tədbirlərə ciddi əməl edilməlidir". Mütəxəssisin sözlərinə görə, buna əməl edilmədikdə, xəstəxanada müalicə almaq lazım olacaq.

İnfeksionist bildirib ki, qrip virusunun müalicəsində dərman müalicəsi mütləq həkim məsləhəti ilə aparılmalıdır: "İlk iki sutkada istifadə olunan antibakterial dərmanlar daha təsirli ola bilər. Hərarətin yüksəlməsi ilə bağlı həkim təyinatı olmadan antibiotik qəbulu yanlışdır. Xəstələnən insanlar işə getməməli, ictimai yerlərdə olmamalıdırlar. Bu, infeksiyanın yayılma sürətini daha da artırır. Xəstə insanın 2-3 gün evdə qalıb ən azından yoluxuculuq müddətinin bitməsini gözləmək məqsədəuyğundur. İnanırıq ki, yaza doğru xəstə insanların sayı azalacaq və indiki kimi təşviş də olmayacaq. ”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu