“Azərsun Holdinq”dən Türkiyədə zəlzələdən əziyyət çəkənlərə dəstək


Hər zaman həyata keçirdiyi sosial layihələr və humanitar yardım aksiyaları ilə ehtiyacı olanların köməyinə yetişən “Azərsun Holdinq” növbəti dəfə ənənəsinə sadiq qalıb.


AFN.az xəbər verir ki, bu dəfə adıçəkilən Şirkətlər Qrupu Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım əlini uzadıb.

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozalın təşəbbüsü ilə qardaş ölkədə təbii fəlakət nəticəsində zərər görmüş şəxslərə 5 TIR ilkin tələbat, qida və qeyri-qida məhsulları göndərilib.

Bununla bərabər “Azərsun Holdinq” kollektivi də könüllü şəkildə Türkiyənin Azərbaycandakı səfirliyi və digər təşkilatların xətti ilə yardımlarda aktiv şəkildə iştirak edir.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu