Dağıntılar altından çıxarılan heyvanlar üçün çadır qurulub - FOTOLAR


Hatayda dağıntılar altından çıxarılan heyvanlar Heyvan Haqları Federasiyasının (HAYTAP) qurduğu çöl çadırında baytarlar və könüllülər tərəfindən müalicə olunur.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə fevralın 6-da baş verən güclü zəlzələrdə heyvanlar da zərər çəkib. 10 əyalətdə dağılmış binaların dağıntıları altından insanların həyatını xilas etmək üçün mübarizə aparan qruplar heyvanları da çıxarır. Hatayda dağıntılar altından çıxarılan və sahiblərinə çata bilməyən ev heyvanlar üçün müxtəlif vilayətlərdən heyvansevərlər səfərbər olub, HAYTAP tərəfindən çadır qurulub. Zərər çəkən heyvanlar burada müalicə olunur. Müalicəsi başa çatan heyvanlar sahiblərinə təslim edilərkən, sahibinə çata bilməyən heyvanlar Bursadakı HAYTAP-ın tərkibindəki fermaya aparılaraq "övladlığa" veriləcək.
Bəzi sahibsiz heyvanlar isə Türkiyənin müxtəlif yerlərindən zəlzələ bölgəsinə gələn vətəndaşlara verilmək üçün İstanbul, Ankara və İzmir kimi şəhərlərə aparılır.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu