Güney Azərbaycanın Xoy şəhərində 130 min nəfər evsiz qalıb


Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ nəticəsində 130 min nəfər evsiz qalıb.


“Report” xəbər verir ki, bu barədə Güney Azərbaycana bağlı informasiya mənbələri məlumat yayıb.

Bildirilib ki, evləri dağılan güney azərbaycanlıların çadır düşərgələrində yerləşdirildiklərinə dair rəsmilər açıqlama verirlər. Yerli sosial media fəalları düşərgələrdə minlərlə insanın acınacaqlı durumda olduğunu yazıblar.

Güney Azərbaycan bölgələrindən zəlzələdən zərərçəkənlər üçün 120 milyard tümən (2 milyon 400 min avro) dəyərində yardım toplanıldığı vurğulanıb.

Qeyd edək ki, yanvarın sonunda bir həftədə Xoyda iki dəfə zəlzələ baş verib. Rəsmi məlumatlara əsasən, yeraltı təkanlar nəticəsində 5 mindən çox ev dağılıb, 12 mindən artıq yaşayış binası zədələnib. Təbii fəlakət nəticəsində ölənlər və yaralananlar var.

Xatırladaq ki, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan və Türkiyənin uyğun qurumları yardım etmək istədiklərini bildirmişdi. Tehran rejimi bu humanist addımdan imtina etmişdi. Hakimiyyət fevralın 9 və 10-da Rusiya və Ermənistandan Güney Azərbaycanın Xoy şəhərinə aparıldığı iddia olunan yardımları qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu