"Qarabağ" dünya reytinqində daha 9 pillə irəliləyib


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.


"Report" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 301 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

143 xala malik "köhlən atlar" ötən ayla müqayisədə 9 pillə irəliləyərək 69-cu sıradadır.

Ölkə çempionunun UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçikanın "Gent" klubu 117 xalla 109-cudur.

İlk "3-lük"də müvafiq olaraq "Flamenqo" (Braziliya – 299 xal), "Palmeyras" (Braziliya - 284) və "Liverpul" (İngiltərə - 265) qərarlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu