Putin AİHM-dən çıxdıqdan sonra Rusiyadakı vəziyyət haqda danışıb


Rusiyanın Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) yurisdiksiyasından çıxmasının səbəbləri məlum və aydındır: məhkəmənin qərarları siyasiləşib və qərəzli xarakter alıb.


AFN.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, ölkə AİHM-dən çıxdıqdan sonra Rusiya Federasiyasının məhkəmələri vətəndaşların hüquqlarını etibarlı şəkildə qoruyur. "Rusiyanın AİHM-in yurisdiksiyasından çıxması vətəndaşların müdafiəsi səviyyəsinin aşağı düşməsinə səbəb olmamalıdır" - deyə Rusiya prezidenti bildirib.

Putin bildirib ki, AİHM-in bəzi hökmləri açıq şəkildə siyasiləşib: "Qərəzlilik nə qədər əsaslandırılsa da, heç bir halda məhkəmə sistemi üçün qətiyyən yolverilməzdir".

Dövlət başçısı bildirib ki, Rusiyanın AİHM-dən çıxmasından sonra cəmiyyətdə müzakirə başlayıb, sual yaranıb ki, AİHM-dən çıxmaq ölkə vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsi səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaqmı? Putin etiraf edib ki, bu barədə özü də fikirləşib. Prezident Rusiya məhkəmələrinin vətəndaşların hüquqlarını etibarlı şəkildə müdafiə edə biləcəyinə əmin olduğunu vurğulayıb. “Əlbəttə ki, hüquq ictimaiyyətində və ölkədə mütəxəssislər qərarlarımızın nəticələrini düşünüblər. Mən bunu gizlətməyəcəyəm və mən də bu barədə düşündüm, çünki hər halda biz vətəndaşların maraqlarını təmin etməliyik. Amma son nəticədə, məncə, bizim məhkəmə sistemi milli məhkəmə mexanizmlərindən istifadə edərək etibarlı şəkildə müdafiə etmək iqtidarındadır”.

Qeyd edək ki, 2022-ci il martın 15-də Xarici İşlər Nazirliyi Rusiyanın Avropa Şurasından çıxdığını elan edib. İyun ayında Vladimir Putin AİHM-in martın 15-dən sonra qəbul edilmiş qərarlarını icra etməməyə icazə verən qanunu imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu