Qazaxıstanda hər anadan olan uşağa əmanət hesabı açılacaq və dövlət ora pul qoyacaq


Qazaxıstanda hər doğulan uşaq üçün əmanət hesabı açılacaq. Uşaq 18 yaşına çatana qədər dövlət onu dolduracaq.


AFN.az tengrinews saytına istinadən xəbər verir ki, proqram 2024-cü ildə fəaliyyətə başlayacaq. Saytın məlumatına görə, Qazaxıstanın maliyyə nazirinin müavini Dauren Temirbekov proseslə bağlı bəzi detallar verib. Məlum olur ki, hesab uşaq doğulan kimi avtomatik açılacaq və o, hər il yanvarın 1-də Azərbaycan Milli Fondunun vəsaiti hesabına doldurulacaq.

Bu cür hesabların investisiya gəlirini müəyyən etmək üçün səlahiyyətlilər bir neçə il ərzində Milli Fondun orta gəlirini götürəcəklər. Nəticədə, səlahiyyətlilərin hesablamalarına görə, 18-ci doğum gününə qədər hər uşaq 3,5 min dollar toplamalıdır. Pul dollarla ödəniləcək, onu yalnız təhsilə və ya mənzil almağa xərcləmək mümkün olacaq.

Hazırda Qazaxıstanın Milli Fondunda 57 milyard dollar var. Fond 2001-ci ildə Norveç Pensiya Fondunun modeli əsasında yaradılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu