Norveç Ukraynaya 7 milyard avro yardım ayıracaq - Parlament təsdiqlədi


Norveç parlamenti səs çoxluğu ilə Ukraynaya 7 milyard avroluq dəstək proqramını razılaşdırıb.


Azpost.info xəbər verir ki, bu barədə Norveç hökumətindən bildiriblər.

Dəstək proqramı Nobel Sülh Mükafatı laureatı Fritof Nansenin adını daşıyır.

“Ukrayna üçün proqrama belə geniş dəstəyin olmasından çox məmnunam. Biz Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyirik və Ukrayna xalqını dəstəkləyirik”, – Norveç Baş naziri Yonas Qar Störe bildirib.

“Yardım Ukraynanın cari ehtiyacları əsasında ayrılacaq və onun qiymətləndirilməsi mütəmadi olaraq yenilənəcək.
Müharibənin hazırkı mərhələsində Ukraynanın öz ərazisinə nəzarəti bərpa etməsi üçün silah dəstəyi xüsusilə vacibdir. 2023-cü ildə verilən yardımın yarısı hərbi yardım şəklində olacaq”, – Baş nazir qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu