Türkiyədə zəlzələdə ölənlərin sayı 39 672 nəfərə çatıb


Türkiyədə zəlzələdə ölənlərin sayı 39 672 nəfərə çatıb.


Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Nazir qeyd edib ki, ümumilikdə 82 min bina zərər çəkib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu