Prezident: "Azərbaycan Avropanın enerji bazarına qaz ixracını artırıb"


"Azərbaycan Avropanın enerji bazarına qaz ixracını artırıb".


Bunu Prezident İlham Əliyev Münhendə Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer ilə görüşündə bildirib.

Dövlət başçısı, həmçinin ölkəmizin Xəzər dənizinin Azərbaycan sektorunda və quruda böyük bərpaolunan enerji potensialına malik olduğunu vurğulayıb.

Prezident İlham Əliyev bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini diqqətə çatdırıb, hazırda beynəlxalq tərəfdaş şirkətlərlə 25 qiqavatadək bərpaolunan enerji istehsalı ilə bağlı müxtəlif sənədlərin imzalandığını, bu istiqamətdə işlərin aparıldığını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu