Ərinin qətlə yetirdiyi qadın məmur imiş...


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Tərtərdə rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyev qətlə yetirilib.


Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

“Qafqazinfo”nun məlumatına görə, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub.

Namiq Allahverdiyevin cütlüyün evində usta işlədiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, qadının vəzifədə çalışması xəbərini ilk manset.az saytı yayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu