“14 yaşlı qızı öldürdüyünə görə Zauru assınlar, hamı görsün” - VİDEO


Fevralın 2-də Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın qeyri-rəsmi nikahda olduğu Zaur Babayev tərəfindən yaralanması və onun qızı 2009-cu il təvəllüdlü Günay Şadatovanın öldürülməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.


Astar TV xəbər verir ki, hadisədən 3 gün qabaq Günay anası ilə birlikdə ögey atası Zaur Babayevi təcavüzlə bağlı polisə şikayət edib.

Bildirilib ki, Zaur polis bölməsində 1 gecə saxlanılıb, sonra isə sərbəst buraxılıb.

Zaur Babayev ana və qızı onu polisə şikayət etdiklərinə görə cəzalandırıb.

Hadisə ilə bağlı Əfsanə Şadatovanın qonşusu və Zaur Babayevin atasının fikirlərini təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu