Ermənistanda hərbi avtomobil qar uçqununa düşüb, iki hərbçi ölüb


Ermənistanın Müdafiə Nazirliyinə məxsus “UAZ” avtomobilinin qar uçqununa düşərək dərəyə yuvarlanması nəticəsində 2 hərbçi ölüb.


“Report” “Novosti Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Zəngəzurun Xanabax (ermənilər adını dəyişərək Sünik rayonu, Xnatsax kəndi adlandırıb) kəndində baş verib.

Hadisə nəticəsində orduda müqavilə əsasında xidmət edən Zorand Arzumanyan və Zorak Yeranosyan ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu