Ermənistanın sabiq müdafiə naziri həbsdə qalacaq
“Ermənistanın keçmiş müdafiə naziri David Tonoyana qarşı cinayət işi üzrə məhkəmə iclaslarının hər çərşənbə axşamı günü keçirilməsi ilə bağlı hakimlə əldə edilmiş razılaşma sonuncunun yenidən hazırlıq kurslarında iştirak etdiyinə görə pozulub”.
AFN.az-ın xəbərinə görə, Tonoyanın vəkillərinin yaydığı bəyanatda belə deyilir. Bəyanatda həmçinin qeyd olunur ki, hakim iclası 21 fevral 2023-cü il tarixinə təyin etmək əvəzinə, 28 fevral 2023-cü il tarixinədək təxirə salıb.
“Belə çıxır ki, David Tonoyan və eyni iş üzrə azadlıqdan məhrum edilmiş digər şəxslər bu dəfə hakimin yenidən hazırlanması ilə bağlı həbsdə saxlanılmalıdır ki, bu da heç bir şəkildə Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına uyğun gəlmir”.
M.Vahidli