Qızılağac Milli Parkında mühafizə rejimi pozulub


Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Bioloji Müxtəlifliyin Qorunması, Dövlət Ekoloji Təhlüksəizlik Xidmətlərinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisində mühafizə rejiminin pozulması faktı aşkarlanıb.


Bu barədə AFN.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Rəşad Allahverdiyev bildirib ki, hazırda mühafizə rejimini pozan şəxslərin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam etdirilir: "Keçirilən nəzarət tədbirləri zamanı ərazidən 5 585 metr uzunluğunda sintetik tor yığışdırılıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu