Hətta Türkmənistan və Şimali Koreyada da sərhəd bağlı deyil - EKSPERT


Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.Bununla bağlı bu gün Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara görə, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 may saat 06:00-dək uzadılıb.


AFN.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli qərarı tənqid edib. "Bütün Dünya artıq “karantin”, “koronavirus”, “məhdudiyyətlər” kimi absurd yanaşmalardan imtina edib, dünyada quru sərhədləri rəsmən bağlı olan heç bir ölkə yoxdur. Hətta Türkmənistan və Şimali Koreyada da sərhəd bağlı deyil, xüsusi icazə ilə sərhərddi keçmək mümkündür. Mart ayında ciyanətkar təşkilat olan ÜST öz axmaq və absurd “pandemiya” qərarını ləğv edəcəyi gözlənilir – bir tək Azərbaycan hökuməti dirəşib ki, yox e, pandemiya var, karantin olmalıdır, quru sərhədləri də bağlı saxlamaq lazımdır!" - deyə ekspert bildirib.
Maraqlıdır, martda ÜST pandemiyaya son versə, bizim hökumət nə qərar verəcək?
N.Cəfərli bildirib ki, ölkədə aktiv xəstə sayı 100 nəfərdən bir az çoxdur: "Deməli quru sərhədləri “pandemiya” bəhanəsi ilə qapalı saxlamaq məntiqsizlikdir, yaxşı, səbəbi nədir?! Əgər AZAL-ın pul qazanmasıdırsa, bu da inandırıcı deyil – zatən AZAL büdcədən on milyonlarla dotasiya alır, zatən inhisarçıdır, zatən qazanır. Əgər daxili turizm obyektlərinin pul qazanması marağıdırsa, bu da absurddur – ölkədə böyük holdinqlərə məxsus otellər də büdcə hesabına kef edirlər və onların qazancı turizmdən (korrupsiya və büdcəni sökməklə müqaisədə) o qədər azdır ki, məmur-oliqarxlar üçün heç “semiçka pulu” da deyil, həm də quru sərhədlər açılsa, daha çox turist gələcək ki, zatən otellər daha çox qazana biləcəklər. Əgər təhlükəsizliklə bağlı çəkincələrdirsə, bunu da anlamıram – məgər Gürcüstan, Ermənistan bizdən güclü ölkələrdimi ki, quru sərhədlərini açıq tutublar və xarici təsirlərdən çəkinmirlər?! Axı bizim dövlət onlardan daha dayanıqlı və güclüdür – təhlükəsizliyi sərhədlərin qapalı olmasından asılı olacaq qədər zəif deyilik!"
Ekspert bildirib ki, səbəblə bağlı ciddi bir arqument düşünə bilmir. Yeganə qənaət ondan ibarətdir ki, sadəcə hökumətin kefi belə istəyir...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu