MEDİA deyil, koMEDİA-dır - İTV-nin aparıcısı Agentliyi sərt tənqid etdi


İTV-nin aparıcısı, jurnalist Nigar Sabiqrızı Medianın İnkişafı Agentliyini (MEDİA) tənqid edib.


AFN.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında İTV-də departament müdirinin müavini vəzifəsində olduğu üçün jurnalist kimi reyestrə düşə bilməməyindən şikayətlənib: "Bir müddət əvvəl media reyestrində jurnalist kimi qeydiyyata düşmək üçün müraciət etmişdim. 9 gün sonra cavab gəldi ki, ali təhsil və əmək fəaliyyəti haqqında məlumatlarınız sistem üzərindən tam inteqrasiya olunmadığından diplomunuzun və əmək kitabçanızın notarial qaydada təsdiqlənmiş surətlərini Agentliyə təqdim etməlisiniz. Daha sonra da zəng etdilər ki, siz "İctimai" TV-də departament rəhbərinin müavini olduğunuzdan jurnalist kimi qeydiyyata düşə bilməzsiniz. Birincisi, əgər mənim diplom və əmək kitabçam sistemə inteqrasiya olunmayıbsa, bu mənim günahımdırmı? Zəhmət çəkin, özünüz salın və ya müvafiq yerlərə müraciət edin! İkincisi, bəli, mən "İctimai" TV-də departament rəhbərinin müaviniyəm. Amma həm də aparıcıyam. Bütün ölkə məni aparıcı kimi tanıyır, MEDİA isə yox. Deməli, mən 15 ildir boş yerə aparıcılıq etmişəm. Üçüncüsü, müraciət etdiyim gün MEDİA-ya bank hesabımdan 20 manat ödəmişəm. Müraciətimə rədd cavabı gəlsə də, 20 manatımı qaytarmayıblar. Bunun üçün əlavə bank hesabı açmalıyammış".
N.Sabirqızı bildirib ki, bu durumla üzləşən tək jurnalist deyil. "Bir sözlə, MEDİA deyil, koMEDİA-dır. Bürokratiya ilə mübarizə aparmalı olan MEDİA-nın özü bürokratiya yaradır. Siz mediadan nə gözləyirsiz?" - deyə jurnalist vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu