ABŞ nüvə arsenalını artırmayacaq - Nuland


ABŞ-ın nüvə arsenalını artırmaq arzusu yoxdur və Rusiyanın son addımlarını belə bir fürsət kimi görmür.


AFN.az xəbər verir ki, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland “The Washington Post” qəzetinə müsahibəsində belə deyib. “Rusiya hazırda nüvə silahlarını dəyişdirmək iqtidarında deyil və açığını desəm, bizi bu maraqlandırmırıq və etməyi planlaşdırmırıq”, - deyə xanım Nuland vurğulayıb. O, həmçinin qeyd edib ki, Rusiyanın START-da iştirakını dayandırması ABŞ-ın bu məsələdə davranışını dəyişməyəcək.

Viktoriya Nuland bəyan edib ki, Vaşinqton START çərçivəsində yoxlamaların bərpasında maraqlıdır. Onun sözlərinə görə, yoxlamalar Rusiya Federasiyasının müqavilədə iştirakını dayandırmasının rəsmi elanından xeyli əvvəl dondurulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu