Salyanda 13 yaşlı qızın zorlanması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Salyanın Cadırlı kəndində 13 yaşlı qız zorlanması ilə bağlı açıqlama verilib.
Şirvan-Salyan Təhsil İdarəsindən Oxu.Az-a verilən məlumata görə, məsələ ilə bağlı polisə müraciət olunub.
“Hazırda Biləsuvar rayon polis şöbəsi və Şirvan Salyan Regional Təhsil İdarəsi araşdırma aparır. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə idarədən bildirilib.
***
Salyanın Cadırlı kəndində 13 yaşlı qız zorlanıb.
Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, azyaşlının atası dünyasını dəyişib, ana isə xəstəxanadadır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib.
Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir.