Məktəbə hazırlıqları yeni yaradılan agentliklər edəcək


“May ayında Elm və Təhsil Nazirliyinin yanında 2 yeni agentliyin yaradılması nəzərdə tutulur”.


Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, növbəti tədris ilində məktəbə hazırlıqları agentliklər həyata keçirəcək: “Elm və Təhsil Nazirliyi yanında 2 yeni agentliyin yaradılması planlaşdırılırdı. Artıq bununla bağlı bəzi hazırlıqlar görülüb. Bu proses bir neçə ay ərzində davam edəcək. May ayı ərzində bunu yaratmağı planlaşdırırıq. Növbəti tədris ilində məktəbə hazırlıqları agentliklər edəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyi yanında iki agentliyin - Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı fərman imzalayıb.

Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu