Rusiyada miqrantların qalma müddəti azaldılır


Rusiya yenidən əcnəbilərin ölkədə qalma müddətinə dəyişiklik edir.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, yeni hazırlanan qanunla ölkədə qısamüddətli qalma müddəti təqvim ili ərzində 90 günlə məhdudlaşdırıla bilər. Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən xəbər təsdiqlənib. "Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına giriş (çıxış) və qalma (yaşayış) şərtləri haqqında" federal qanun layihəsi əcnəbilərin Rusiya ərazisində qısamüddətli qalmasının 90 gün müddətində müəyyənləşdirilməsini nəzərdə tutur”, - deyə qurumdan bildirilib.

Uzunmüddətli qalmaq hüququ olan əcnəbilər üçün qalma müddəti isə belə hüququn əldə edilməsinin əsaslarından asılı olaraq müəyyən ediləcək.

Hazırda qüvvədə olan müvafiq qanuna görə, Rusiyaya vizasız gələn əcnəbilərin ölkədə müvəqqəti qalma müddəti hər 180 gün (altı ay) ərzində ümumilikdə 90 gündən çox ola bilməz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu