Siyəzəndə bir ailənin 2 üzvü dəm qazından ölüb


Siyəzəndə iki nəfər dəm qazından zəhərlənərək ölüb.


Hadisə şəhərin S. Xeyrullayev, 63 ünvanında baş verib.

Belə ki, Siyəzən şəhər sakinləri 1977-ci il təvəllüdlü Arzu Adıgözəl oğlu Quliyev və həyat yoldaşı 1976-cı il təvəllüdlü Ruhiyyə Oqtay qızı Quliyeva dəm qazından zəhərləniblər.

Hər iki şəxs Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu