Hacı Şahin ürək çatışmazlığından vəfat edib
Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli vəfat edib.
AFN.az-ın xəbərinə görə, bu haqda onun rəsmi səhifəsində məlumat verilib.
Hacı Şahinin ölümünü köməkçisinin də təsdiqlədiyini deyən ictimai fəal Elyar İslamoğlu onun ürək çatışmazlığından dünyasını dəyişdiyini deyib.
Qeyd edilib ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.
"Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi olan Hacı Şahinin 48 yaşı var idi.
Allah rəhmət eləsin!