Ukrayna Rusiyanın atdığı raketlərin əksəriyyətini zərərsizləşdirir


Ukrayna hərbi hava müdafiəsi Rusiya tərəfindən atılan raketlərin 80 %-ni zərərsizləşdirir.

AFN.az-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin birləşmiş qüvvələr komandanı general-leytenant Sergey Nayev məlumat verib. Onun sözlərinə görə, vurulan raketlərin faizi çox dəyişib: "Bu rəqəm 80 faizə yüksəlib. Bir sıra hallarda hətta daha çoxdur. İndi bizim hava hücumundan müdafiə mütəxəssislərimiz daha peşəkar və bacarıqlıdırlar”.

Sergey Nayev qeyd edib ki, Rusiya tez-tez hava hücumu silahlarından istifadə taktikasını və üsullarını dəyişir. Lakin hərbçiləri qarşı tərəfin hər bir hücumunu təhlil edib müvafiq qərarlar qəbul etmək iqtidarındadır. "Ona görə də hava hücumundan müdafiə sistemi dayanıqlı ən yüksək səviyyədədir" - deyə hərbçi bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu