Rusiya Zaporojyedə yaşayış binasını vurdu: 3 nəfər həlak olub


Rusiyanın Zaporojyedə beşmərtəbəli yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.


AFN.az-ın xəbərinə görə, bu barədə Zaporojye şəhər şurasının katibi Anatoli Kurtev ümummilli telemarafonun efirində bildirib. O qeyd edib ki, yaralıların sayı 7 nəfərdir: "Onlar xəstəxanaya yerləşdiriliblər, onlardan 3 nəfərin vəziyyəti çox ağırdır, 4 nəfərin vəziyyəti orta ağırdır". Kurtevin sözlərinə görə, zərbənin S-300 raketi ilə endirilməsi artıq müəyyən edilib.

Zərbə endirilən bina demək olar ki, tamamilə dağılıb. Burada yaşayan 31 nəfər təxliyyə edilib.

Ötən gecə atəş nəticəsində daha iki çoxmərtəbəli binaya ziyan dəyib - orada elektrik və su təchizatı pozulub, şüşələr sınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu