Paşinyan: "Mən sülh müqaviləsi bağlamağa hazıram"


"Mən Azərbaycanla sülh müqaviləsi imzalamaqda qərarlıyam, lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd olmamalıdır".


AFN.az erməni mediasına istinadən xəbər verir bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, bildirib ki, mövqeyini parlamentin iclasında da bəyan edib: "Bizim siyasi komandamız, parlament çoxluğu sülh gündəliyini öz məsuliyyəti altına götürüb və indi sülh gündəliyi ilə bağlı mandatımız var. Biz bütün diqqətimizi bu mandatın həyata keçirilməsinə yönəltmişik. Və bizim beynəlxalq ictimaiyyətin, regionumuzun xalqlarının dəstəyinə ehtiyacımız var. Biz yekun və davamlı sülhə nail olana qədər bu məsuliyyəti daşımağa hazırıq. Bu yaxınlarda mən parlamentimizdə və hökumətimizdə bildirdim ki, regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır, mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram. Amma bu sənəd Ermənistanın təslimini özündə əks etdirməməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu